Oğuz
rayonunda yeniyetmə və gənc velosipedçilər arasında keçirilən çoxgünlük ötüşmələr
üzrə açıq Azərbaycan birinciliyinə yekun vurulub. Yarışda ölkədə fəaliyyət göstərən
klub və cəmiyyətlərdən 100-ə yaxın idmançı, həmçinin Gürcüstandan olan 10
velosipedçi bacarığını nümayiş etdirib.Üç
gün davam edən respublika birinciliyində gənclər arasında təşkil olunan
yarışlarda”Neftçi İdman Klubu”nun velosipedçisi Telman Vəliyev
90 kilometrlik marşrutu 2 saat 28 dəqiqə 58 saniyəyə başa vurub. İdmançımız üç
mərhələnin yekununa əsasən Azərbaycan birinciliyinin qalibi adını qazanıb.