Yanvarın
29-da Hövsan Olimpiya İdman Kompleksində startı verilmiş pankration, qraplinq və
MMA idman növləri üzrə açıq Bakı çempionatı və birinciliyi başa çatıb. Gərgin
idman mübarizəsi şəraitində keçən yarışa 300-dən çox atlet qatılıb.”Neftçi
İdman Klubu”nun təmsilçiləri çempionatda aşkar üstünlükləri ilə seçiliblər və
ümumilikdə yarışın 29 medalına (8 qızıl, 6 gümüş, 15 bürünc) sahib olublar. İdmançılarımız
ümumi komanda hesabında 1-ci yeri tutublar.Qraplinq
yarışlarında İmran Abbasquliyev (16-17 yaş, 58 kq), Coşqun Dəlişov (20 yaşdan
yuxarı, 62 kq), Teymurşah Cəmaləddinov (20 yaşdan yuxarı, 71 kq) və Həzi Həsənov
(20 yaşdan yuxarı, 92 kq) əzmlə mübarizə apararaq qalib adını qazanıblar.MMA
idman növündə iyirmi yaşdan yuxarı idmançılar arasında Coşqun Dərişov (71 kq),
Nemət Məmmədov (77 kq) və Əli Əlizadə (100 kq) rəqib tanımayaraq liderliyə yüksəliblər.Pankrationçularımızdan isə Rasim Abdulrəhmanov (14-15
yaş, 73 kq) bütün döyüşlərdən qalib ayrılıb və paytaxt birinciliyinin qızıl
medalına yiyələnib.