Rusiyada
gənc yunan-Roma güləşçiləri arasında Ryazan vilayətinin açıq birinciliyinə yekun
vurulub. Ryazan şəhərində keçirilən və Sovet İttifaqı Qəhrəmanı İ.F.Zaytsevin
xatirəsinə həsr olunmuş 44-cü ənənəvi turnirdə 21 komandanın tərkibində 168
idmançı gücünü sınayıb.”Neftçi İdman Klubu”nun yığmamızın heyətində yer
almış yunan-Roma güləşçisi Kamran Mirzəliyev (60 kq) böyük əzmkarlıq nümayiş
etdirərək turnirin qalibi adını qazanıb. Gənc pəhləvanımız yarımfinalda Rusiyadan
olan erməni əsilli idmançı Vladislav Beqyanı məğlub edərək finala vəsiqəni təmin
edib. Həlledici görüşdə rusiyalı Andrey İvanov üzərində inamlı qələbə qazanan
Mirzəliyev turnirin qızıl medalına layiq görülüb.