Fevralın
11-də Buzovna qəsəbəsində start götürən Xocalı soyqırımı şəhidlərinin xatirəsinə
həsr olunmuş kikboksinq üzrə respublika turniri başa çatıb. Yeniyetmələr
arasında keçirilən yarışda 15 komandanın heyətində 170-ə yaxın idmançı qalib
adı uğrunda mübarizə aparıb.Klubumuzun kikboksçuları turnirin 12 medalını (7
qızıl, 2 gümüş, 3 bürünc) qazanaraq komanda hesabında birinci yeri tutublar. Təmsilçilərimizdən
İmran Bağırov (31 kq), Əlihüseyn Əliyev (33 kq), Bəylər Həmidov (42 kq), Əli
Qasımov (45 kq), Hüseyn Tarıverdiyev (51 kq), Məhəmməd Əliyev (54 kq) və Aslan
Mikayılzadə (57 kq) bütün döyüşləri qələbə ilə başa vuraraq qızıl medala sahib
olublar. Qalib Hüseynli (36 kq), Mirvasif Əliyev (+45 kq) 2-ci, Vaqif Ələkbərov
(33 kq), Əliheydər Quliyev (28 kq) və Əlixan İbrahimov (26,5 kq) isə 3-cü yerə çıxıblar.