Martın
26-da startı verilmiş yeniyetmə boksçuların Azərbaycan birinciliyinə yekun
vurulub. Respublika Boks Mərkəzində təşkil olunan yarışda ölkəmizin müxtəlif şəhər
və rayonlarını təmsil edən 237 idmançı 13 çəki dərəcəsi üzrə mübarizə aparıb.”Neftçi
İdman Klubu”nun dəri əlcək ustaları birincilikdə 8 medala (3 qızıl, 3 gümüş, 2
bürünc) sahib olublar və komanda hesabında 2-ci yeri tutublar.Boksçularımızdan
63 kq çəkidə çıxış edən Səlim Səlimov, Əmri Novruzov (75 kq) və Vüqar Səmədov (+80
kq) bütün döyüşlərdən qalib ayrılaraq Azərbaycan çempionu adını qazanıblar. Yalnız
həlledici final görüşündə məğlub olan Kənan Abışov (48 kq), Ədalət Sayılov (70
kq) və Sadıq Sadıqov (80 kq) gümüş medala layiq görülüblər. 57 kq çəki dərəcəsində
mübarizə aparan Əli Qənbərovla Amid Qanqavani (80 kq) isə ölkə birinciliyini
3-cü yerdə başa vurublar.Qeyd edək ki, klubumuzun yetirməsi Vüqar Səmədov
çempion olmaqla bərabər, həm də yarışın ən texnikalı boksçusu seçilib.