Yeniyetmələr,
gənclər və böyüklər arasında keçirilən pankration, qraplinq və MMA idman növləri
üzrə Azərbaycan çempionatı başa çatıb. Hövsan Olimpiya İdman Kompleksində təşkil
olunan yarışda 400-dən artıq idmançı qüvvəsini sınayıb.”Neftçi
İdman Klubu”nun təmsilçiləri ümumilikdə ölkə çempionatının 36 medalına (11
qızıl, 14 gümüş, 11 bürünc) sahib olublar.Pankrationçularımızdan
34 kq çəki dərəcəsində mübarizə aparan Orxan Əsgərov, Hüseyn Oruclu (42 kq),
İbrahim Cəfərov (46 kq), Sübhan Məcidov (58 kq), Həsən Əliyev (59 kq), Qurban Məmmədov
(62 kq), Abdulla Məmmədov (71 kq), Vüqar Məmişov (77 kq) və Kəmaləddin Vəliyev
(+77 kq) bütün döyüşləri qələbə ilə yekunlaşdıraraq çempion adını qazanıblar.Qraplinq
idman növündə isə Həsən Əliyev (59 kq) və Ehtiram Dərişov (62 kq) respublika
çempionatının qızıl medallarına sahib olublar.Qeyd edək ki, pankrationçularımız ümumi komanda
hesabında birinci yeri tutublar.