Aprelin
30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2017” keçirilib. “Küləyə
qalib gəl” şüarı altında təşkil olunan 21 kilometrlik yarımmarafon Dövlət
Bayrağı Meydanından start götürüb və Bakı Olimpiya Stadionunda başa çatıb.Marafonda
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva da
iştirak ediblər.”Bakı
Marafonu 2017”yə 1000-dən çoxu xarici ölkə vətəndaşı olmaqla, ümumilikdə 13
mindən artıq insan qatılıb. Yarışa respublikada fəaliyyət göstərən 60-dan çox təşkilat
və şirkətin təmsilçiləri də qoşulub. Eləcə də İsveçrə, Hindistan, Çex
Respublikası, Meksika, Braziliya, Birləşmiş Ərəb Əmirlikləri, Ukrayna və
Malayziyanın ölkəmizdəki səfirləri, Koreya, İraq, Belarus, Özbəkistan,
Qazaxıstan, Tacikistan və Türkmənistanın Azərbaycandakı səfirliklərinin, Avropa
İttifaqının respublikamızdakı nümayəndəliyinin, Böyük Britaniyanın Azərbaycana
Birgə Yardım (UAFA) təşkilatının və “BP Azərbaycan” şirkətinin təmsilçiləri
yarışa qoşulublar. Marafonda, həmçinin ABŞ, Böyük Britaniya, Almaniya, Polşa,
Türkiyə, Rusiya, İran, Gürcüstan, Ukrayna və digər ölkələrin vətəndaşları da
iştirak ediblər.İştirakçılar
Dənizkənarı Milli Parkdan başlayaraq “Neftçilər” prospekti, Yusif Səfərov küçəsi
ilə qaçıblar. Daha sonra Heydər Əliyev Mərkəzinin yanından keçərək Heydər
Əliyev prospekti ilə Bakı Olimpiya Stadionuna qədər yol qət ediblər.Azərbaycan
idmanının inkişafına yönəlmiş bütün tədbirlərdə olduğu kimi, bu dəfə də “Neftçi
İdman Klubu” marafonda aktiv iştirakı ilə seçilib. Belə ki, klubumuzun müxtəlif
idman növləri ilə məşğul olan 150-dən artıq yetirməsi iştirakçılar arasında yer
alıb.Marafondan
toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olan
uşaqlarla bağlı layihəsinə yönəldiləcək.Xatırladaq
ki, idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək,
insanları xeyirxah amallarla bir araya gətirmək məqsədi daşıyan “Bakı Marafonu”
ilk dəfə 2016-cı il mayın 1-də keçirilib.Qeyd edək ki, bu cür marafonlar indiyədək
London, Paris, Boston, Nyu-York, Çikaqo, Berlin, Barselona, İstanbul və digər şəhərlərdə
təşkil olunub. Tam marafon yarışının məsafəsi 42 kilometr, yarımmarafonun məsafəsi
isə 21 kilometrdir. Onu da vurğulayaq ki, marafon yarışları idman tədbirləri
olmaqla yanaşı, həm də xeyriyyə məqsədi daşıyır.