Bu
gün I Divizionda XI tura bir qarşılaşma ilə start verilib.İlk
görüşdə “Qaradağ Lökbatan” “Sabah” komandasının qonağı olub. Binə qəsəbə
stadionunda təşkil olunan oyun komandamızın sürətli hücumları ilə başlayıb.
Matçın 5-ci dəqiqəsində Əliqulu Manafov rəqibi məyus edib. Fasiləyə qədər
qapılara əlavə qol vurulmayıb. İkinci hissə də komandamızın üstünlüyü ilə
başlayıb. Qarşılaşmanın 62-ci dəqiqəsində təşkil olunan hücumda futbolçularımız
“Sabah”ı növbəti dəfə mərkəzə dəvət ediblər. Bu dəfə Coşqun Süleymanov irəli
atılaraq komandamızın ikinci qoluna imza atıb.Beləliklə, komandamız rəqibi üzərində 2:0 hesabı
ilə qələbə qazanıb və 29 xalla turnir cədvəlində liderliyini davam etdirir.