Kişilər
və qadınlar arasında keçirilən cüdo üzrə paytaxt çempionatına yekun vurulub. “Sərhədçi”
İdman Olimpiya Mərkəzində təşkil olunan yarışda 24 komandadan 242 idmançı (219
kişi, 23 qadın) çempionluq uğrunda mübarizəyə qoşulub.Çempionatın
sonuncu günündə klubumuzun iki cüdoçusu mükafata layiq görülüb. Onlardan 81
kiloqram çəki dərəcəsində çıxış edən İsmayıl Piriyev əzmkarlıq nümayiş etdirərək
çempionluq sevinci yaşayıb. Coşqun Abdullayev (90 kq) isə paytaxt yarışının
gümüş medalına yiyələnib.Xatırladaq
ki, çempionatın ilk günündə daha 7 cüdoçumuz (3 qızıl, 2
gümüş, 2 bürünc) medala sahib olmuşdu.