Polşanın
Bıdqoş şəhərində 23 yaşadək güləşçilər arasında keçirilən dünya çempionatı başa
çatıb.19-23
yaşlı idmançılar arasında ilk dəfə təşkil olunan çempionatda “Neftçi İdman Klubu”nun təmsilçiləri
4 medala sahib olublar.Yunan-Roma
güləşçilərimizdən 59 kiloqram çəki dərəcəsində mübarizə aparan Sakit Cəlilov və İslam Abbasov (85 kq) mötəbər
turnirin bürünc medalına layiq görülüblər.Qadın
güləşçilərin yarışında Türkan Nəsirova (58 kq), sərbəst güləçşilərdən isə 57
kq-da ölkəmizin şərəfini qoruyan Pərviz İbrahimov da eyni uğura imza atıb.