Gürcüstanın
paytaxtı Tbilisidə 2003-2005 və 2006-2008-ci il təvəllüdlü qılıncoynadanlar
arasında keçirilən beynəlxalq turnir sona
yetib.Sablya,
şpaqa və rapira növləri üzrə təşkil olunan yarışa Azərbaycan 17 idmançı ilə qatılıb.”Neftçi
İdman Klubu”nun yığmamızın heyətində təmsil olunan qılıncoynadanlarından ikisi
turnirin mükafatçıları arasında yer alıb. İdmançılarımızdan Fidan Quliyeva
2006-2008-ci il təvəllüdlü sablyaçıların yarışında qızıl medala layiq görülüb. Murad
Muradov isə həmin yaş kateqoriyasında bürünc medala sahib olub.