Bolqarıstanın
paytaxtı Sofiyada yeniyetmə cüdoçuların Avropa birinciliyinə start verilib. Sentyabrın
16-dək davam edəcək yarışda 42 ölkədən 405 cüdoçu (217
kişi, 188 qadın) qalib adı uğrunda mübarizə aparır.”Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində
yer alan cüdoçusu, 55 kiloqram çəki dərəcəsində çıxış edən Balabəy Ağayev mötəbər
turnirin bürünc medalına sahib olub.