Xəbər
verdiyimiz kimi, oktyabrın 15-də neft, qaz və kimya sənayesi işçilərinin XXVI
Spartakiadası start götürüb. 14 idman növü üzrə təşkil olunan yarışlar Lökbatan
qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasında, üzgüçülük növündə “Aura”
İdman Klubunda, güllə atıcılığı üzrə isə Tofiq İsmayılov adına OTİK-də
keçirilir.Artıq
atletika, üzgüçülük və futtennis idman növləri üzrə yarışlara yekun vurulub.Atletika
yarışlarında 100 metr məsafəyə qaçışda kişilər arasında Elçin Məmmədov (Heydər
Əliyev adına NEZ), qadınların yarışında isə Məryəm Ömərova (“Qaz İxrac”
İdarəsi) finişə ən tez çatıb. Qaçaraq uzunluğa tullanmada “Qaz İxrac”
İdarəsinin nümayəndəsi Pərviz Əliyev, zərif cinsin nümayəndələrindən isə” Neftqaztikinti”
Trestinin təmsilçisi Esmira Nəsrəddinova
fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yerindən tullanma yarışında Elşən
Əsədov (“Qaz İxrac” İdarəsi) hamını üstələyib. Məryəm Ömərova (“Qaz İxrac”
İdarəsi) isə xanımlar arasında ən yaxşı göstəriciyə sahib olub. Nüvəitələmədə
kişilərdən Vüsal Əsədov (Neft Daşları NQÇİ), qadınlardan isə Lalə Bədəlova
(Neft Kəmərləri İdarəsi) birinci olub.Ailə
komandaları üzrə oğlanlar arasında Sadıqovlar ailəsi (Heydər Əliyev adına NEZ),
qızlar arasında keçirilən yarışlarda isə Əsədovlar ailəsi (Neft Daşları NQÇİ)
qalib adını qazanıb.Üzgüçülük
yarışlarında Rişad Zeynalov (Heydər Əliyev adına NEZ) qalib adını qazanıb. Xəyyam
Həsənovla (“Neftqaztikinti” Tresti) Fərid Əliyev (“SOCAR Petroleum”) isə
müvafiq olaraq 2-ci və 3-cü yerləri bölüşdürüblər. Qadınlar arasında Neft
Daşları NQÇİ-nin təmsilçisi Olqa Okunyova liderliyə yüksəlib. Aysel Hüseynzadə
(Neft Kəmərləri İdarəsi) 2-ci, Nazilə Əkbərova (Heydər Əliyev adına NEZ) isə 3-cü yerə çıxıb.Futtennis
yarışında Neft Kəmərləri İdarəsinin Fərid Səttərov, Şəmil Nəzərəliyev, Yusif Yusifov və Fərhad İmamquliyevdən ibarət
komandası qalib olub. “Qaz İxrac” İdarəsi (Ramin İsayev, Orxan Namazov, Pərviz
Əliyev, Elnur Zeynalov) 2-ci, Heydər Əliyev adına Neft Emalı Zavodunun komandası
(Pünhan Əsədov, Tərlan Rüstəmov, Xalid Bayramov, Cavid Ələkbərov) isə 3-cü yeri
tutub.Qeyd edək ki, oktyabrın 17-də spartakiadada daha üç
idman növü – voleybol, stritbol və şahmat üzrə yarışlara start veriləcək.