Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə “Qran pri” beynəlxalq
turnirinə yekun vurulub.Yarışdadünyanın 47 ölkəsindən 349 idmançı medallar uğrunda mübarizə aparıb. Azərbaycan
millisi turnirdə 11 cüdoçu (8 kişi, 3
qadın) ilə təmsil olunub.Yığmamız mötəbər turnirin 4
medalına (3 qızıl, 1 bürünc) sahib olub ki, onların da hamısını ölkəmizə “Neftçi
İdman Klubu”nun yetirmələri qazandırıblar. Cüdoçularımızdan Məmmədəli Mehdiyev
(90 kq), Elmar Qasımov (100 kq) və İrina Kindzerska (+78 kq) bütün
qarşılaşmalardan qalib ayrılaraq Daşkənd “Qran pri”sinin qızıl medalına
yiyələniblər. 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Nicat Şıxəlizadə isə bürünc medalla kifayətlənib.