Bakı İdman Sarayında kişilər və
qadınlar arasında keçirilən cüdo üzrə
Azərbaycan çempionatına yekun vurulub. Yarışda 56 komandadan 500-ə yaxın
idmançı medallar uğrunda mübarizə aparıb.”Neftçi İdman Klubu”nun
cüdoçuları çempionatda əzmkarlıq nümayiş etdirərək 25 medala (5 qızıl, 10
gümüş, 10 bürünc) sahib olublar. Təmsilçilərimizdən 60 kiloqram çəkidə çıxış
edən Orxan Səfərov, Rüfət Məmmədov (73 kq), Məmmədəli Mehdiyev (90 kq), Şahin
Qəhrəmanov (+100 kq) və Leyla Əliyeva (48 kq) bütün görüşləri qələbə ilə başa
vuraraq ölkə çempionu adını qazanıblar.Qeyd edək ki, “Neftçi İdman
Klubu” ümumi komanda hesabında birinci yeri tutub.Qalib və
mükafatçı komandaların nümayəndələrinə kubokları klubumuzun idman və sağlamlıq
məsələləri üzrə baş meneceri, Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar
Babanlı təqdim edib.