“Neftçi İdman Klubu”nun
yetirmələri Gürcüstanın paytaxtı Tbilisidə Şota Kvaraşvilinin xatirəsinə həsr
olunmuş güllə atıcılığı üzrə beynəlxalq turnirdə mübarizə aparıblar.İdmançılarımızdan Ruslan Lunyov
10 metr məsafəyə atəşaçma yarışında (PTÇ-3) 575 xal toplayaraq turnirin qalibi
adını qazanıb. Vladislav Kalmıkov isə 552 xalla yeniyetmələr arasında gümüş
medala layiq görülüb.Təmsilçilərimiz güllə atıcılığı üzrə keçirilən Tbilisi
kuboku uğrunda yarışda da bacarıqlarını nümayiş etdiriblər. Bu turnirdə də
Ruslan Lunyov eyni növdə (575 xal) qızıl medala sahib olub. Vladislav Kalmıkov
isə yenə eyni xalı toplasa da, bu dəfə 3-cü pillədə qərarlaşıb.