Bakıda keçirilən”Baku Open” beynəlxalq şahmat turniri
başa çatıb. İsveçrə sistemi üzrə keçirilən yarışda Azərbaycanla yanaşı,
Belarus, ABŞ, Ukrayna, Braziliya, Rusiya, Gürcüstan, Fransa, İordaniya və
Əfqanıstandan 16-sı qrossmeyster olmaqla 156 şahmatçı mübarizə aparıb.”Neftçi
İdman Klubu”nun təmsilçisi Eltac Səfərli yarışda böyük uğura imza atıb. Belə
ki, şahmatçımız 9 mümkün xaldan 7,5-ni toplayaraq mötəbər turnirin qalibi adını
qazanıb.