“Sərhədçi” İdman Olimpiya Mərkəzində gənclər
arasında keçirilən cüdo üzrə açıq Bakı birinciliyi sona yetib. İki gün davam edən
paytaxt birinciliyində 28 komandanın heyətində 277 cüdoçu (247 oğlan, 30 qız) qalib
adı uğrunda mübarizə aparıb.”Neftçi İdman Klubu”nun yetirmələri yarışın 12
medalına (2 qızıl, 3 gümüş, 7 bürünc) sahib olublar. Gənc cüdoçularımızdan 66
kiloqram çəki dərəcəsində çıxış edən Adil Osmanov və Ülviyyə Bayramova (57 kq)
bütün qarşılaşmalardan qalib ayrılaraq fəxri kürsünün ən yüksək pilləsinə
qalxıblar.