“Neftçi İdman Klubu” İctimai
Birliyi neft, qaz və kimya sənayesinin işçiləri və digər təşkilatlar arasında səmti
müəyyənetmə üzrə açıq turizm yarışı keçirdi. Turnir aprelin 26-28-də Xaçmaz
rayonunun Nabran qəsəbəsindəki meşə zolağında təşkil olundu.Turnirin keçirilməsində əsas məqsəd
səmti müəyyənetmə idman növünü inkişaf etdirmək, işçilərə təbii şəraitə
uyğunlaşma vərdişlərini aşılamaq, turizm üzrə yarışların yeni formalarını
araşdırmaq və təbliğ etmək, eləcə də “Neftçi İdman Klubu”nun yığma
komandasının üzvlərini müəyyən etmək idi.Ümumi nəticələrə görə, “Azərkimya” İstehsalat Birliyinin
komandası turnirin qalibi adını qazandı. “Qaz İxrac” İdarəsi 2-ci, Səməd Vurğun
adına Mərkəzi Kitabxananın komandası isə 3-cü yeri tutdu.Qalib və mükafatçı komandaların
üzvlərinə “Neftçi İdman Klubu” tərəfindən diplom və xatirə hədiyyələri təqdim
olundu.