Azərbaycan
Texniki Universitetinin idman zalında keçirilən qılıncoynatma üzrə respublika
çempionatı sona yetib.Yarışda “Neftçi İdman Klubu”nun sablyaçıları
da bacarıqlarını nümayiş etdiriblər və üç medala sahib olublar. Qılıncoynadanlarımızdan Cavanşir Ağakişiyev bütün
rəqiblərini məğlub edərək Azərbaycan çempionu adını qazanıb. Elvin Rzazadə isə
gümüş medala layiq görülüb.Xanım idmançıların mübarizəsində təmsilçimiz
Sevil Bünyatova fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.