Heydər Əliyev adına İdman Sarayında Avropa Gənclər Olimpiya Festivalının cüdo yarışları start götürüb.”Neftçi İdman Klubu”nun yetirməsi Şükran Zamanlı (55 kg) üçüncü yer uğrunda mübarizədə ukraynalı Vladislav Kolobovu ipponla məğlub edərək bürünc medal qazanıb. İdmançımız onaltıdabir finalda portuqaliyalı Migel Qaqo üzərində təmiz qələbə qazansa da, növbəti mərhələdə macarıstanlı Benko Farkasla bacarmayıb.Təsəlliverici görüşə qatılan cüdoçumuz əvvəlcə almaniyalı David İkesi, sonra isə hollandıyalı Laurens Vilmsi ipponla məğlub edib.Qeyd edək ki,festivalda 40 ölkədən 297 cüdocu mübarizə aparır. Azərbaycan millisi yarışda 12 cüdoçu (8 oğlan, 4 qız) ilə təmsil olunur.