“Sərhədçi” İdman Olimpiya Mərkəzində 23
yaşadək cüdoçular arasında keçirilən respublika birinciliyinə yekun vurulub. Yarışda
53 klubu təmsil edən 384 gənc cüdoçu qalib adı uğrunda mübarizəyə qoşulub.”Neftçi İdman Klubu”nun təmsilçiləri
birinciliyin 12 medalına (4 qızıl, 3 gümüş, 5 bürünc) yiyələniblər.
İdmançılarımızdan Balabəy Ağayev (60 kq), Aliumar Tumayev (90 kq), Aslan Mirzəyev
(100 kq) və Bəsti Səfərova (57 kq) bütün görüşləri qələbə ilə başa vuraraq Azərbaycan
çempionu adını qazanıblar.Ölkə birinciliyinin qalib və
mükafatçılarına medallar və Azərbaycan Cüdo Federasiyasının diplomları təqdim
olunub.