Sentyabrın
16-da start götürmüş neft, qaz və kimya sənayesi işçilərinin XXVII
Spartakiadası öz işini davam etdirir. “Neftçi İdman Klubu”nun təşkilatçılığı ilə
Qaradağ Təlim-İdman Bazasında keçirilən və 33 müəssisədən 1400-dən çox
iştirakçının qatıldığı mötəbər yarışda iştirakçılar 14 idman növü üzrə mübarizə
aparırlar.Bu gün
– Spartakiadanın üçüncü günündə daha üç idman növü – voleybol, şahmat və
stritbol üzrə yarışlara start verilib.Xatırladaq
ki, artıq üzgüçülük və futtennis idman növləri üzrə yarışlar başa çatıb,
mini-futbol isə davam edir.Qeyd
edək ki, sentyabrın 19-da dama yarışlarına start veriləcək.