Fövqəladə
Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində cüdo üzrə açıq Bakı çempionatı
keçirilib. İki gün davam edən yarışda 27 klubdan 235 cüdoçu mübarizə aparıb.”Neftçi
İdman Klubu”nun yetirmələri paytaxt çempionatını 10 medalla başa vurublar.
Kişilərin mübarizəsində Tunar Nəsirli (81 kq) gümüş, Cavid Piriyev (60 kq), Feyzulla
Quliyev (73 kq), Elşən Davudlu, Zaur Həsənov (hər ikisi 90 kq) və Emil Hüseynov
(100 kq) isə bürünc medala yiyələniblər.Xanım
idmançılar arasında 52 kiloqram çəkidə çıxış edən Alena Tokgöz və Qönçə Cəfərli (+ 78 kq) ikinci, Elmira Hüseynovayla (57 kq) Firuzə Qəmbərova
(70 kq) isə üçüncü yeri tutublar.Yarışda fərqlənən
cüdoçular gələn ay keçiriləcək Azərbaycan çempionatında iştirak etmək hüququ
qazanıblar. Medalçılar Azərbaycan Cüdo Federasiyası və Bakı Şəhər Gənclər və
İdman Baş İdarəsi tərəfindən mükafatlandırılıb.