Ukraynanın
Xarkov şəhərində uşu-sanda idman növü üzrə dünya çempionatı keçirilib. Yarışda
14 ölkədən 1200 idmançı medallar uğrunda mübarizə aparıb.”Neftçi
İdman Klubu”nun təmsilçiləri çempionatın 16 medalına (8 qızıl, 4 gümüş, 4
bürünc) sahib olublar. Uşuçularımızdan Davud Əhməd (25 kq), İlkin Qurbanov (55
kq), Ayxan Məmmədzadə (55 kq, layt), İsa Bayramov (60 kq), Vüsal Səfərov (60
kq, layt), Ruslan Nəzərov (90 kq), Lianna Sayyer (50 kq) və Rahidə Hacıyeva (55
kq) bütün rəqiblərini məğlub edərək dünya çempionu adını qazanıblar.