“Neftçi
İdman Klubu”nun Azərbaycan millisinin heyətində yer alan təmsilçisi Ayxan
Tağızadə İsveçin Helsinqborq şəhərində keçirilən taekvondo üzrə beşinci
“Prezident Kuboku” yarışında mükafata layiq görülüb. Yetmiş dörd kiloqram çəki
dərəcəsində mübarizə aparan taekvondoçumuz yarımfinal qarşılaşmasında məğlub
olub və yarışın bürünc medalına sahib
olub.Qeyd
edək ki, Ayxan Tağızadə fevralın 22-də sözügedən ölkədə keçiriləcək
“Helsinqborq Open” beynəlxalq turnirində də qüvvəsini sınayacaq.