Almaniyanın
Düsseldorf şəhərində keçirilən cüdo üzrə beynəlxalq “Böyük dəbilqə”
turnirinə yekun vurulub. Yarışda 115 ölkədən 659 idmançı (392 kişi, 267 qadın) medallar
uğrunda mübarizə aparıb.Milli
komandamız mötəbər turnirin 4 medalına sahib olub. Sevindirici haldır ki,
medalların hamısını ölkəmizə “Neftçi İdman Klubu”nun təmsilçiləri
qazandırıblar. Cüdoçularımızdan 100 kiloqram çəki dərəcəsində çıxış edən Elmar
Qasımov və İrina Kindzerska (+78 kq)nüfuzlu yarışın gümüş medallarına layiq görülüblər. Klubun digər yetirmələri
Rüstəm Orucov (73 kq) və Zelim Kotsoyev (100 kq) isə bürünc medala yiyələniblər.Qeyd edək ki, ümumi komanda hesabında Azərbaycan
millisi “Böyük dəbilqə” turnirini medalların əyarına görə 6-cı,
qadınların yarışında 5-ci, kişilər arasında isə 4-cü pillədə başa vurub.