Futbol üzrə Azərbaycan çempionatının I
Divizionunda mübarizə aparacaq “Qaradağ Lökbatan” komandası hazırlıqları
davam etdirir. Baş məşqçi Nazim Əliyevin rəhbərliyi altında pandemiya
qaydalarına tam əməl etməklə Qaradağ Təlim-İdman Bazasının stadionunda təşkil
olunan və seleksiya xarakteri daşıyan məşqlər oktyabrın 1-dək davam edəcək. Bu
müddət ərzində komandanın tam komplektləşməsi planlaşdırılır.Qeyd edək ki, ”Qaradağ Lökbatan” mövsümün
ilk turunda oktyabrın 2-də MOİK-lə üz-üzə gələcək. Görüşə ev sahibliyi edəcək komandamız rəqibini
Lökbatanda qarşılayacaq.