Portuqaliyanın paytaxtı Lissabonda keçirilən cüdo üzrə Avropa çempionatına yekun vurulub.Qırx beş ölkədən 300-dən çox idmançının mübarizə apardığı yarışda “Neftçi İdman Klubu”nun təmsilçisi Zelim Kotsoyev (100 kq) bürünc medala layiq görülüb. Cüdoçumuz avstriyalı Ayron Fara və macarıstanlı Jombor Veq üzərində qələbə qazanaraq dörddəbir finala yüksəlib. O, bu mərhələdə Gürcüstan təmsilçisi İlya Sulamanidzeyə məğlub olub. Təsəlliverici görüşdə fransalı Siril Maretə qalib gələn cüdoçumuz bürünc medal görüşünə vəsiqə qazanıb. Üçüncü yer uğrunda qarşılaşmada rusiyalı rəqibi Niyaz İlyasovu məğlubiyyətə uğradan Zelim Kotsoyev qitə çempionatının bürünc medalına sahib olub.