Böyük
Britaniyanın Uorik şəhərində paralimpiyaçılar arasında keçirilən cüdo üzrə beynəlxalq
Qran-pri turnirinə yekun vurulub.”Neftçi
İdman Klubu”nun təmsilçiləri mötəbər yarışın iki medalına sahib olublar. Paracüdoçularımızdan
100 kiloqram çəki dərəcəsində mübarizə aparan Kənan Abdullaxanlı bütün görüşləri qələbə ilə başa
vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız həlledici final
qarşılaşmasında məğlub olan Bəsti Səfərova (52 kq) isə gümüş medala layiq
görülüb.