“Neftçi
İdman Klubu”nun yetirməsi Turan Bayramov Almaniyanın Dortmund şəhərində keçirilən
gənclər arasında Avropa birinciliyinin qalibi olub. Yarışda 70 kiloqram çəki dərəcəsində
çıxış edən sərbəst güləşçimiz ilk görüşdə Almaniya idmançısı Simon Monz üzərində
qələbə qazanıb. O, dörddəbir finalda daha əvvəl bir neçə dəfə məğlub etdiyi
Narek Harutyunyanla qarşılaşıb. Ənənəsinə sadiq qalaraq Ermənistan güləşçisinə
növbəti dəfə qalib gələn pəhləvanımız yarımfinala yüksəlib. Gürcüstan idmançısı
Davit Patsinaşvilini də məğlub edən Turan Bayramov finala vəsiqəni təmin edib.
Bu gün keçirilən həlledici görüşdə moldovalı rəqibi Stanislav Novak üzərində inamlı qələbə qazanan
idmançımız Avropa çempionatının qızıl medalına sahib olub.