“Neftçi
İdman Klubu”nun təmsilçisi Kamran Zeynalov Serbiyanın Novi Sad şəhərində paralimpiyaçılar
arasında keçirilən güllə atıcılığı üzrə Qran-pri turnirində böyük uğura imza
atıb. Belə ki, idmançımız pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma
yarışlarında qızıl medala yiyələnib. Kiçikçaplı tapançadan 50 metr məsafəyə atəşaçmada
isə təmsilçimiz üçüncü yeri tutub.Qeyd edək
ki, Kamran Zeynalov “Tokio-2020” Yay Paralimpiya Oyunlarına lisenziyanı artıq təmin
edib.