Rusiyanın Soçi şəhərində şahmat üzrə dünya
kuboku yarışları davam edir.”Neftçi
İdman Klubu”nun yetirməsi Vasif
Durarbəyli onaltıdabir finalda özbəkistanlı Nadirbek Abdusattorov ilə üz-üzə gəlib.Şahmatçımız birinci
partiyada qələbə qazanıb və turnirə qələbə ilə başlayıb.Xatırladaq
ki, dünya kubokuna qatılan Azərbaycanın
yeddi şahmatçısından altısı – Şəhriyar Məmmədyarov, Nicat Abasov, Günay Məmmədzadə,
Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva və Türkan Məmmədyarova yarışda mübarizəni
dayandırıblar.Qeyd
edək ki, dünya kubokunun
finalçıları iddiaçılar turnirinə vəsiqə qazanacaqlar.