“Neftçi
İdman Klubu”nun şahmatçısı Eltac Səfərli Serbiyada keçirilən beynəlxalq
turnirdə böyük uğura imza atıb. Belə ki, təmsilçimiz İsveçrə sistemi üzrə
keçirilən və 9 turdan ibarət olan yarışda 6 xalla bütün rəqiblərini
qabaqlayaraq qalib adını qazanıb. İkinci pillədə şahmatçımızla eyni xalı yığan
və əlavə göstəricilərə görə ondan geri qalan Aleksey Polçikov qərarlaşıb. Monteneqrolu
Draqan Kosic isə 5,5 xalla üçüncü yeri tutub.