Bu gün norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour”un final mərhələsinin yeddinci turunun oyunları keçirilib.Bu turda “Neftçi İdman Klubu”nun yetirməsi Teymur Rəcəbov Maqnus Karlsenlə qarşılaşıb. Şahmatçımız dünya çempionunu 3:1 hesabı ilə məğlub edib.Qeyd edək ki, hər matçda rapid üzrə dörd partiya oynanılır. Qalib müəyyənləşməsə, blits və Armageddon görüşlərinin oynanılması nəzərdə tutulur.