Cəlilabad
Olimpiya İdman Kompleksində yeniyetmələr arasında sumo üzrə respublika
birinciliyi keçirilib.”Neftçi
İdman Klubu”nun təmsilçiləri ölkə birinciliyinin iki medalına yiyələniblər. Sumoçularımızdan
70 kiloqram çəki dərəcəsində mübarizə aparan Cavid Zeynallı yalnız həlledici
final qarşılaşmasında məğlub olub və yarışın gümüş medalına layiq görülüb. Digər
idmançımız Nuhan Müzəffərov (50 kq) isə fəxri kürsünün üçüncü pilləsində yer
alıb.