İspaniyanın
Sitjes şəhərində şahmat festivalı davam edir.”Neftçi
İdman Klubu”nun təmsilçisi Eltac Səfərli yarışın güclü A turnirində mübarizə
aparır. Şahmatçımız 2 turdan sonra hazırda maksimum xalla (2 xal) liderlər
qrupunda yer alıb.Qeyd edək
ki, İsveçrə sistemi üzrə keçirilən yarışda 300-dək şahmatçı mübarizə aparır ki,
onlardan da 55-i qrossmeysterdir. Turnir 10 turdan ibarət olacaq və dekabrın
23-dək davam edəcək.