Milli Gimnastika Arenasında keçirilən Akrobatika gimnastikası üzrə 27-ci Azərbaycan birinciliyi və Bakı çempionatı sona yetib.Ölkənin ən güclü akrobatlarının iştirak etdikləri yarışda ümumilikdə 41 idmançı balans, temp və qarışıq hərəkətlər proqramında bacarığını nümayiş etdirib.Gimnastlar qadın cütlükləri (balacalar 2007-2016, yeniyetmələr 2004-2010, böyüklər 2007-ci il və daha böyük), kişi cütlükləri (yeniyetmələr 2004-2010, böyüklər 2007-ci il və daha böyük), qarışıq cütlüklər (yeniyetmələr 2004-2010, böyüklər 2007-ci il və daha böyük) və qadın qrupları (balacalar 2007-2016, yeniyetmələr 2004-2010, gənclər 2003-2009) kateqoriyalarında birincilik uğrunda mübarizə aparıblar.Yerli çempionat və birinciliyin təşkili həm də ölkəmizdə keçiriləcək qarşıdakı beynəlxalq yarışlara – akrobatika gimnastikası üzrə 12-ci dünya yaş qrupları yarışları və dünya çempionatı öncəsi idmançılarımız üçün sınaq xarakteri daşıyır. Belə ki, mötəbər yarışlarda Azərbaycanı təmsil edəcək akrobatlarımız milli çempionat və birincilikdə öz yeni proqramlarını yoxlamaq imkanı qazanıblar.”Neftçi İdman Klubu”nun yetirmələri də yarışlarda iştirak ediblər. Respublika birinciliyində gimnastlarımızdan Ceyla Zakiryayeva, Aydan Bayramova və Emina Əhmədovadan ibarət üçlük qadın qrupları (yeniyetmələr) kateqoriyasında 3-cü yeri tutub. Ayla Zakiryayeva – Lalə Qarazadə cütlüyü isə balacalar arasında turnirin qalibi olub.Bakı çempionatında Mina Beydiyeva – Ayla Zakiryayeva qadın cütlüyü böyüklər arasında qızıl medala sahib olub. Ceyla Zakiryayeva, Aydan Bayramova və Emina Əhmədovadan ibarət üçlük isə qadın qrupları kateqoriyasında (yeniyetmələr) paytaxt çempionatını 3-cü yerdə başa vurub.