Polşanın paytaxtı Varşavada keçirilən cüdo üzrə açıq Avropa turniri başa çatıb.”Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində təmsil olunan yetirmələri yarışın üç medalına sahib olublar.İdmançılarımızdan Əhməd Yusifov (60 kq) və İbrahim Əliyev (66 kq) bütün görüşlərdən qalib ayrılıblar və turnirin qızıl medalına yiyələniblər. Digər cüdoçumuz Rövşən Əliyev (60 kq) isə yarışı üçüncü pillədə başa vurub.