Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı davam edir.”Neftçi İdman Klubu”nun sərbəst güləşçisi İslam İlyasov (97 kq) mübarizəyə dörddəbir finaldan başlayıb. Gürcü Riveri Mitsiturini 5:0 hesabıyla xalçadan məyus yola salan güləşçimiz adını yarımfinala yazdırıb. O, bu mərhələdə macar Riçard Veqlə münasibətləri aydınlaşdırıb və rəqibini 6:1 hesabıyla məğlub edib. İslam İlyasov qızıl medal uğrunda alman Yohan Mayerlə üz-üzə gəlib. Rəqibinə 5:3 hesabı ilə qalib gələn güləşçimiz Avropa çempionatının qalibi olub.Xatırladaq ki, mötəbər yarışın əvvəlki günlərində yunan-Roma güləşçilərimizdən Xasay Həsənli (77 kq) qızıl, Sərxan Məmmədov (130 kq) isə bürünc medala sahib olub.