Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə “Şuşa İli”nə həsr olunan cüdo üzrə Sumqayıt şəhər birinciliyinə yekun vurulub. Sumqayıt Olimpiya İdman Kompleksində 2008-2010-cu il təvəllüdlü cüdoçular (U-15) arasında keçirilən yarışda 300-dən çox idmançı 20 çəki dərəcəsi üzrə mübarizə aparıb.”Neftçi İdman Klubu”nun Sumqayıt bölməsinin cüdoçuları turnirdə uğurla çıxış edərək 8 medala (4 qızıl, 2 gümüş, 2 bürünc) sahib olublar.Yeniyetmələrimizdən Bəhruz Şıxəliyev (34 kq), Nigar Məmişova (36 kq), Nigar Əliyeva (40 kq) və Nərmin Yusifova (57 kq) bütün görüşlərdən qalib ayrılaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız həlledici final qarşılaşmasında məğlub olan Zülfüqar Bəndəliyev (34 kq) və Məleykə Mürsəlova (52 kq) gümüş medala layiq görülüblər. Klubun digər yetirmələri Seymur Muradov (55 kq) və Rza Sətullayev (66 kq) isə yarışı üçüncü pillədə başa vurublar.