“Sərhədçi” Olimpiya İdman Mərkəzində təşkil olunan kişi voleybolçular arasında “Zəfər kuboku”na yekun vurulub.Yarışın final qarşılaşmasında “Neftçi İdman Klubu” “Murov”la üz-üzə gəlib. Yüksək Liqanın çempionu ilə vitse-çempionunun derbisi gərgin mübarizə şəraitində keçib. Çempionatın gümüş medalçısı olan komandamız oyuna daha yaxşı başlayıb. İlk iki setdə qalib gələn voleybolçularımız üstünlüyə yiyələniblər. Lakin növbəti iki setdə “Murov” qələbə qazanıb. Bununla da həm matçın, həm də kubokun taleyi tay-brekdə həll olunub. Sonuncu hissədə daha güclü olan təmsilçimiz çətin qələbə ilə kuboku başı üzərinə qaldırıb. Beləliklə, komandamız mövsümü titulla başa vurmağa müvəffəq olub.Qeyd edək ki, final matçını “Neftçi İdman Klubu” idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov da canlı izləyib.Final qarşılaşmasından sonra kişilər arasında Yüksək Liqa, Birinci Liqa və “Zəfər kuboku”nun, qadınlar arasında isə Super Liqanın qalib və medalçılarının mükafatlandırılma mərasimi keçirilib.