2010-2011-ci il təvəllüdlü şahmatçılar arasında keçirilən paytaxt birinciliyi sona yetib. Üç saylı Respublika Şahmat Məktəbində təşkil olunan yarışda 24 idmançı bacarığını nümayiş etdirib.”Neftçi İdman Klubu”nun yetirməsi Toğrulbəy Zalışov turnirdə uğurla çıxış edib. Kiçikyaşlı şahmatçımız 6,5 xal toplayaraq Bakı birinciliyinin qalibi adını qazanıb.