Çimərlik güləşi üzrə ilk Azərbaycan çempionatına yekun vurulub. Avropa Oyunları Parkında keçirilən yarışda böyüklər arasında 4 çəki dərəcəsi üzrə 60-dan çox güləşçi qüvvəsini sınayıb.Gərgin mübarizə şəraitində keçən turnirdə “Neftçi İdman Klubu”nun təmsilçisi Camal Feyziyev (+90 kq) bütün rəqiblərini məğlubiyyətə uğradıb və çempionatın qızıl medalına sahib çıxıb.