Bu gün futzal üzrə Yüksək Liqada bürünc medal uğrunda oyun keçirildi.Bu matçda “Neftçi” İdman Klubu” “Baku Fire” komandası ilə üz-üzə gəldi. Bakı İdman Sarayında təşkil olunan qarşılaşmada hesabı rəqib açsa da, 5 dəqiqə sonra futzalçımız Oqtay Rüstəmli hesabı bərabərləşdirdi – 1:1. Oyunun 15-ci dəqiqəsində Hüseyn Mənəflinin zərbəsi tablodakı tarazlığı yenidən pozdu. Növbəti qol isə cəmi 2 dəqiqə sonra Nurlan Mehdizadədən gəldi – 3:1. İkinci hissədə ilk qolu yenə “Baku Fire” vurdu. Bu dəfə Renat Sultanovun penalti zərbəsini qapıçımız Elnur Zamanov qaytarsa da, dönən topu dəqiq tamamlayan Renat Sultanov fərqi minimuma endirdi. Təmsilçimizin heyətində Oruc Baxşəlizadə 29-cu və 35-ci dəqiqələrdə dublunu rəsmiləşdirərək, hesab arasındakı fərqi 3-ə çatdırdı – 5:2. Elşad Quliyevin yetirmələrindən Hasan Ali Jafarinin fərqlənməsi (37) artıq oyunun taleyini həll etmiş oldu. Beləliklə, əzmkar oyun nümayiş etdirən “Neftçi İdman Klubu” rəqibinə 6:2 hesabı ilə qalib gəldi.Komandamız bu möhtəşəm qələbə sayəsində mövsümü üçüncü pillədə başa vurdu və Yüksək Liqanın bürünc medalına layiq görüldü.Eyni məkanda keçirilən final görüşündə isə “Araz Naxçıvan” və EKOL komandaları üz-üzə gəldi. Rəqibini 9:2 hesabı ilə məğlub edən Naxçıvan təmsilçisi növbəti dəfə çempion oldu.Sonda qalib və medalçılara mükafatlar təqdim olundu.Qeyd edək ki, komandamızın baş məşqçisi Elşad Quliyev “Ən yaxşı məşqçi” nominasiyasının qalibi adına layiq görüldü.