Gürcüstanın Qori şəhərində Avropa və dünya çempionu Georgi Kandelakinin şərəfinə gənc boksçular arasında ənənəvi keçirilən beynəlxalq turnir sona yetib.”Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində yer alan təmsilçisi Tural Sarıyev (51 kq) yarışda mükafata layiq görülüb. Yarımfinalda Ermənistandan olan prinsipial rəqib Tumas Tomasyanı məğlub edən boksçumuz finala yüksəlib. Həlledici mərhələdə o, komanda yoldaşı Amin Məmmədzadə ilə qarşılaşıb. Döyüş rəqibin qələbəsi ilə başa çatıb. Tural Sarıyev isə turnirin gümüş medalına sahib olub.Qeyd edək ki, yarışda Azərbaycan, Gürcüstan, Qazaxıstan, Ukrayna və Ermənistanın 100-dək boksçusu medallar uğrunda mübarizə aparıb.