Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə “Böyük dəbilqə” turniri davam edir.”Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində yer alan təmsilçisi Hidayət Heydərov (73 kq) ardıcıl olaraq, ABŞ təmsilçisi Cek Yonezuka, polşalı Viktor Mrovçinski, tacikistanlı Behruzi Xocazoda və kubalı Maqdiel Estradanı məğlub edərək finala yüksəlib. Cüdoçumuz həlledici görüşdə gürcüstanlı Laşa Şavdatuaşvili ilə üz-üzə gəlib. Olimpiya, ikiqat dünya və üçqat Avropa çempionu olan rəqibini qızıl xal bölümündə məğlub edən Hidayət Heydərov mötəbər turnirin qalibi olub.Klubumuzun bu çəkidəki digər yetirməsi Rüstəm Orucov isə bürünc medal görüşünə çıxıb. O, bu qarşılaşmada kubalı rəqibi Maqdiel Estrada üzərində qələbə qazanıb və nüfuzlu yarışı üçüncü pillədə başa vurub.Qeyd edək ki, iyulun 10-dək davam edəcək mötəbər turnirdə dünyanın 63 ölkəsindən 434 idmançı medallar uğrunda mübarizə aparır.