Azərbaycan Voleybol Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə çimərlik voleybolu üzrə açıq ölkə çempionatı keçirilib. Bakı Su İdmanı Sarayında təşkil olunan yarışda 12 qadın, 16 kişi cütlüyü mübarizə aparıb.”Neftçi İdman Klubu”nun Ülvi Rəcəbli ve Heydər Məmmədlidən ibarət komandası çempionatı ikinci yerdə başa vurub. “Neftci İdman Klubu”-2 komandası isə 4-cü pillədə qərarlaşıb.