Bu gün futzal üzrə Yüksək Liqada yeni – 2022-2023-cü il mövsümünə start verilib. Mövsümün və turun ilk oyunundan əvvəl Azərbaycanın Dövlət Himni səsləndirilib. Ardınca ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Mövsümün ilk oyununda “Neftçi İdman Klubu”nun futzalçıları “Baku Fire” komandası ilə üz-üzə gəlib. Qarşılaşmada qapılara qol vurulmayıb və görüş qolsuz bərabərliklə başa çatıb.