Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə dünya çempionatında daha bir cüdoçumuz bürünc medal qazanıb. Yüz kiloqram çəki dərəcəsində mübarizə aparan Zelim Kotsoyev Daniel Eiç (İsveçrə), Nurluxan Şarxan (Qazaxıstan) və ikiqat dünya çempionu Xorxe Fonseka (Portuqaliya) üzərində qələbə qazanaraq yarımfinala yüksəlib. O, bu mərhələdə kanadalı Kayl Reyesə məğlub olub. Cüdoçumuz üçüncü yer uğrunda görüşdə belçikalı Toma Nikiforova qalib gələrək bürünc medala sahib olub.Xatırladaq ki, daha əvvəl klubumuzun digər təmsilçisi Hidayət Heydərov (73 kq) da mundialda üçüncü yeri tutub.